Kardeş Kalemler

Dil Araştırmaları

Kalemdaş

Türk Dünyası Edebiyat Dergileri Kongresi

AYB - Edebiyat Akademisi

Uluslararası Kaşgarlı Mahmud Hikâye Yarışması

Bengü Yayıncılık

Türk Dünyasında Edebiyat Adamı Ödülleri

II. Dede Qorqud Beynəlxalq Teatr Əsərləri Müsabiqəsinin şərtləri

  • Mövzu: Sərbəst
  • Forma: Sərbəst,( uşaq pyesləri, qısa pyeslər ve təbdillər xaric)
  • Müsabiqənin dili: Türk, Azərbaycan, Qazax, Qırqız, Türkmən, Özbək, Tatar, Başqırd, Çuvaş, Krım Tatar, Qaqauz, Qaraçay-Balkar, Kumuk, Uyğur, Xakas, Altay, Saha, Tuva Türk dilləri.
  • Müsabiqədə yaş həddi yoxdur.
  • Hər müəllif müsabiqəyə yalnız bir əsərlə qatıla bilər.
  • Müsabiqəyə təqdim olunan əsərlər səhnələşdirmə texnikasına uyğun yazılmalıdır.
  • Əsər müəllifin özünün yeni, original pyesi olmalıdır. Hər hansı başqa əsərdən bəhrələnmə, təsirlənmə, təbdil olmaz.
  • Daha öncə hər hansı mətbu orqanda çap olunmuş, teatr səhnəsində oynanılmış, yaxud başqa müsabiqədə mükafat qazanmış əsərlər müsabiqəyə təqdim oluna bilməz.
  • Müsabiqəyə təqdim ediləcək əsərlər, A4 kağız formatında, Times Roman şrifti ilə, 12 şrift ölçüsündə 1,5 intervalla yazılmalıdır.
  • Əsərlər ən çoxu iki pərdəli ola bilər.
  • Müsabiqəyə təqdim edilən əsərlərin üzərində şərti ad qoyulmalıdır. Müəllifin kimliyinə işarə edən hər hansı bir ad göstərilərsə, əsər müsabiqədən kənarlaşdırılacaq.
  • Əsərlər 6 nüsxə olaraq təqdim edilməlidir. Ayrıca zərfdə əsərlə bərabər CD-də word formatında yazılmış müəllif haqda məlumat da əlavə olunmalıdır.
  • Müəllif şəxsiyyəti təsdiq edən sənədin surətini, ünvanını, tərcümeyi-halını və bir ədəd fotoşəklini ayrı bir zərfə qoyaraq üzərində şərti adını qeyd edir və əsərlə birlikdə böyük zərfin içində müsabiqəyə təqdim edir. Elektron poçta göndərilən əsərlərdə bu məlumatlar meylə ayrıca əlavə olunmalıdı və müsabiqə komissiyası bunları nəticələr elan olunana kimi gizli saxlamalıdı.
  • Əsərlər Avrasiya Yazarlar Birliyi, Sakarya Məhəlləsi, Göztepe küçəsi 5/A Ankara-Türkiye ünvanına, yaxud da Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir. electron poçtuna göndərilə bilər.
  • Təşkilatçılar lazım olduqda əsərlərin ilkin seçimi üçün münsiflər heyəti yarada bilərlər.
  • Əsərlər dəyərləndirilmədən öncə Türkiyə türkcəsinə çevriləcək, daha sonra münsiflərə təqdim olunacaq.
  • Müsabiqəyə təqdim olunan əsərlər müəllifə qaytarılmayacaq və müəllifin buna heç bir etirazı olmamalıdır.
  • Yarışmada qalib olan әsәrlәr TÜRKSOY üzvü olan ölkәlәrin teatrlarında istifadǝ edilmǝsi üçün tövssiyǝ olunacaq.
  • Müsabiqənin münsiflər heyəti üzvləri və onların yaxın qohumları əsər təqdim edə bilməzlər.
  • Müsabiqənin şərtlərinə uyğun olmayan əsərlər dəyərləndirilməyəcək.
  • Müsabiqəyə əsər təqdim edən müəlliflər şərtləri qəbul etmiş hesab olunurlar.

MÜSABİQƏ TƏQVİMİ

  1. Müsabiqə elanı : 15.04.2017
  2. Əsərlərin son qəbul tarixi : 30.09 .2017
  3. Nəticələrin açıqlanması : 15.11.2017
  4. Mükafatlandirma mərasimi : Dekabr 2017

Mükafatlar

  1. Birinci yer : 15.000. (On beş min Türk Lirəsi)
  2. İkinci yer : 10.000. (On min Türk Lirəsi)
  3. Üçüncü yer : 5.000. (Beş min Türk Lirəsi)
  4. 1. Həvəsləndirici : 2.500. (İki min beş yüz Türk Lirəsi)

 

Has Bahçe Edebiyat Sohbetleri

II. Uluslararası Dede Korkut Tiyatro Eseri Yarışması
 

Copyright © 2017 Avrasya Yazarlar Birligi. All Right Reserve.
AYB Türk Dünyası Yazarlar Birliği üyesidir.